Burada, 22 may 2010-cu il tarixdə Park İnn otelinin “Dan ulduzu” konfrans zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Atşəgah İntellektual Oyunlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə keçiriləcək Azərbaycan dilində II Azərbaycan Çempionatı haqda məlumat veriləcək .
II Azərbaycan Çempionatı
Сообщений 1 страница 2 из 2
Поделиться22010-06-21 17:08:56
22 may 2010-cu il tarixdə Park İnn otelinin “Dan ulduzu” konfrans zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Atşəgah İntellektual Oyunlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatının keçirilməsi planlaşdırılır.
Çempionatın Əsasnaməsinin və Reqlamentinin tələblərinə cavab verən, Çempionatda iştirak etmək fikrini müvafiq sifariş vərəqəsini düzgün doldurmaqla bildirmiş istənilən komanda Çempionatın iştirakçısı ola bilər.
Çempionatda iştirak etmək üçün ərizələrin (sifariş vərəqələrinin) son qəbul tarixi 20 may 2010-cu ildir.
Çempionat 4 tur üzrə bölünmüş 60 sualdan ibarətdir. Hər bir tur 15 sualdan ibarətdir.
Çempionatın keçirilmə qaydaları təfsilatı ilə Çempionatının Əsasnaməsində və Reqlamentində əks etdirilmişdir.
Sifariş vərəqəsini hər həftənin bazar günü saat 15:00-da Azərbaycan prospektində yerləşən Mərkəzi Şahmat Klubundan əldə etmək olar. Sifariş vərəqəsi həmçinin wwwchgk.az/forum ünvanından yükləyə bilərsiniz.
Yaranmış suallar ilə əlaqədar +994 55 746 66 99 (Oktay Məhərrəmov) telefonuna, info@chgk.az elektron ünvanına müraciət edərək və ya wwwchgk.az/azchamp saytına daxil olarq məlumat əldə edə bilərsiniz.