İtaliya alimləri Rata agaclarından insan sümüyünə bənzər sümük hazırlayıblar.
Bu, bədbəxt hadisə və yaxud da xərçəng xəstəliyi səbəbindən sınmış sümükləri əvəz etmək qabiliyyətinə malikdir.
Tədqiqat qrupunun rəhbəri doktor Anna Tamperi qeyd edib ki, onlar taxtanı, kimyəvi tərkibini dəyişdirmək üçün bir neçə dəfə yüksək təzyiqdə qızdırırlar. Sonra onu insan sümüyünə birləşdirmək üçün dözumlü və güclü maddəyə çevirmək məqsədilə ona kalsium və fosfat duzları əlavə edirlər. Daha sonra onun daxili quruluşunu insan sümüyünə oxşar hala salırlar.
Tamperi əlavə edərək bildirib ki, taxtadakı dəliklər və boşluqlar qanın, sinirlərin və digər kiçik hissəciklərin təbii sümükdən bədən çəkisini daşıya biləcək yeni əvəzedici sümüyə keçməsinə imkan verir. Alim onu da qeyd etdi ki insan sümüyünə bərkidilmiş süni sümüyü dəyişdirməyə ehtiyac yoxdur.
Mənbə: LENT.AZ