Çin əsilli londonlu dizayner Daytszı Çjen “Nokia” şirkəti üçün qazlı su ilə işləyən telefon hazırlayıb.
Lent.az-ın “Likecool” nəşrinə istinadən verdiyi məlumata görə, telefonun bio-batareyası içkinin tərkibindəki şəkərin oksigenə parçalanması nəticəsində alınan enerji ilə təmin olunur.
Daytszı Çjen deyib ki, bio-batareya mobil telefonlardakı akkumlyatorlarla müqayisədə daha çox enerji tutumuna malikdir. Başqa sözlə, telefonu akkumlyatorlarla müqayisədə 3-4 saat daha çox enerji ilə təmin edir.
Qeyd edək ki, keçən ilin oktyabrında “Toşiba” şirkəti metil spirti yanacağı ilə işləyən batareya istehsal edib. Metil spirtinin su və oksigenlə reaksiyasından elektrik enerjisi alınıb. 2006-cı ildə isə Birminqem Universitetinin mikrobioloqları “Escherichia coli” bakteriyalar qrupunun şokolad fabrikinin tullantılarını emal etməsi yolu ilə enerji alıblar. Bu, canlı yanacaq elementi sayılıb.
Mənbə: LENT.AZ