Proqram kompüterləri “müayinə” edəcək və təmizləyəcək

“Facebook” sosial şəbəkəsi dünyanın ikinci ən iri antivirus və antixaker proqram təminatı istehsalçısı olan “McAfee” şirkəti ilə saziş imzaladığını bəyan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saziş nəticəsində 350 milyon “Facebook” istifadəçiləri “McAfee”dən “Internet Security Suite” proqramının altı aylıq test versiyasını pulsuz əldə edəcək və test müddəti bitəndən sonra həmin antivirus proqramının tam versiyasını endirimlə almaq imkanı qazanacaqlar.

“Facebook” və “McAfee” birgə internet-proqram da hazırlayıblar. Bu proqram sosial şəbəkənin istifadəçilərinin xaker hücumu əlamətləri göstərən kompüterləri “müayinə” edəcək və təmizləyəcək. Bu proqram da pulsuz təqdim olunur.

Mənbə: LENT.AZ