“Ginnesin rekordlar Kitabı” komitəsi yanvarın 14-də iki antipodu bir səhnəyə çıxarıb.
Lent.az-ın məlumatına görə, dünyanın ən hündür adamı – boyu 2 metr 46,5 santimetrə çatan türk Sultan Köşən “dünyanın liliputu” - 21 yaşlı çinli Xe Pinqpinqlə görüşüb.
Xe Pinqpin indiyə qədər cəmi 71 santimetr böyüyüb. O, artıq əl ağacı olmadan gəzə bilməyən Sultan Köşənin dizinə güclə çatır. Amma bu şəxslərin hər ikisini bir cəhət birləşdirir – onlar unikal bədən quruluşları ilə özlərinə xeyli varidat toplaya biliblər.
Mənbə: LENT.AZ