Danimarkanın Kopenhagen hava limanında 3 yaşlı uşaq baqaj lentinin üstünə çıxaraq, baqaj şöbəsinə gedib.
Lent.az-ın “mk.ru”ya istinadən verdiyi məlumata görə, uşağın anasının başı bilet axtarmağa qarışıbmış.
Nəticədə uşaq skanerdən keçib və kompüter onu “möhürləyib”. Amma texnika baqajın növünü müəyyən edə bilmədiyindən, uşağın üstünə “xüsusi baqaj” yazısı yapışdırıb.
Körpəni onun ağlamaq səsini eşidən hava limanı əməkdaşı xilas edib. Uşaq sağ-salamat anasına qaytarılıb.
Mənbə: LENT.AZ