ABŞ Federal Təhqiqat Bürosunun kriminalist-rəssamları kompüterdə “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin “aktual” fotolarını hazırlayıblar.
Lent.az-ın “The Times”ə istinadən verdiyi məlumata görə, rəssamlar “bir nömrəli terrorçu”nun saqqalını qırxıblar.
FTB bin Ladenin mümkün obrazı ilə bağlı iki variant təqdim edib. Birinci variantda o, ənənəvi geyimdə və formadadır – başında əmmamə və saqqal ilə. İkinci variantda isə rəssamlar onu dəyişiblər. Bin Ladenin saqqalı “qırxılıb”, əyninə Avropa stilində ağ köynək “geyindirilib”, əmmaməsi isə “çıxarılıb”.
FTB bin Ladenin gizlənmək üçün xarici görünüşünü son dərəcə dəyişdiyindən şübhələnir. Bundan əlavə, terrorçunun qocaldığı, amma dağda-daşda yaşadığından, çəkisinin artmadığı güman edilir.
Mənbə: LENT.AZ