İstifadəçinin kompüter və ya mobil telefonuna yüklənilə bilər

ABŞ-ın “Sarcasm Inc” şirkəti şəbəkədə və ya çapda istehzanı ifadə edəcək yeni “SarcMark” durğu işarəsini patentləşdirib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ortasında nöqtə olan açıq dairə formasında yeni işarə 1,99 dollar məbləğində vəsait ödənilərkən istifadəçinin kompüter və ya mobil telefonuna yüklənilə bilər.

Gələcəkdə onu elektron korrespondensiyada istifadə etmək olar. Şirkət bu yeniliyi istifadəçiyə bir neçə sətir lazımsız mətnə qənaət etməklə hər hansı bir nonsensə dair münasibət bildirmək imkanı verən “gözəl ideya” adlandırır.

Mənbə: LENT.AZ